Bakı Sağlamlıq Mərkəzinin kollektivi Müdafiə nazirliyinin mükafatı ilə təltif olunub.

Bakı Sağlamlıq Mərkəzinin həkim və tibbi heyəti “Vətən Müharibəsində” Qələbəyə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi rəsinin adından mükafat ilə təltif olunub. İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən etibarən Bakı Sağlamlıq Mərkəzi həkim və tibbi personalı cəbhəyanı bölgələrdəki tibb müəssisələrində rəşadətli ordumuzun yara almış hərbiçilərinin müalicəsində könüllü olaraq aktiv şəkildə iştirak etmişlər. Oktyabr ayının əvvəlindən isə təcili şəkildə yaradılmış Politravma bölməsində onlarla yaralanmış hərbiçilərimizin müayinəsi, müalicəsi, o cümlədən cərrahi əməliyyatları icra edilmişdir. Xalqımıza zəfər sevincini yaşadan əsgər və zabitlərimiz həkim və personalın tibbi xidmətindən razı qaldıqlarını dəfələrlə bildirmişlər. Müdafiə Nazirliyinə bizi bu mükafata layiq gördükləri üçün minnətdarlığımızı bildiririk. Qarabağ Azərbaycandır!

Diqər xəbərlər